Məqsəd: Dözümlülük qabiliyyətinin inkişaf etdirilməsi.
Dərsin vəzifələri:
Dözümlülük qabiliyyətinin insan orqanizminə təsiri haqqında məlumat vermək;
Ümumi dözümlülüyü inkişaf etdirən hərəkətlər, oyunlar, estafetlər haqqında məlumat vermək;
Ümumi dözümlülüyü inkişaf etdirən oyunları, estafetləri təşkil etmək və keçirmək;
Şagird fəaliyyətinin tənzimlənməsi və qiymətləndirilməsi.
Fəndaxili inteqrasiya: 1.1, 1.3, 2.3, 3.1, 4.1;
İş forması:fərdi, qrup, kollektiv.
İş üsulu:hərəki təfəkkürün formalaşdırılması, nümayiş etdirmə, izah,təkrar.
Resurslar: - rəvan tempdə qısa məsafələrə təkrar yerinə yetirilən qaçışlar;
- müxtəlif vəziyətlərdə yerinə yetirilən qaçışlar;
- nisbətən uzun qaçış məsafələri olan estafetlər;
- təkrar qaçış elementi olan oyunlar, kombinələşmiş oyunlar;
Zəruri avadanlıq və ləvazimatlar fit, keqli, bayraq, tabaşir, oyunun sxemi.
Dərsingedişi:
Girişhissə: 3-5 dəq. Bir cərgədə düzülüş, raport, salamlaşma, davamiyyətin yoxlanılması.
Motivasiya;
Uşaqlar belə böyük stadionda 90 dəqiqə futbol oynamaq üçün insana nə lazımdır?
Dözümlülük qabiliyyəti bizə nə üçün lazımdır?
Tədqiqat sualı:biz nə etməliyik ki, dözümlülüyümüz artsın?
İnformasiya təminatı: uşaqlara dözümlülüyün ürək, qan-damar, tənəffüs və əzələ sistemi ilə əlaqəli olduğunu qeyd etmək, onun inkişafı üçün icra ediləcək hərəkətlər, oyunlar, onların icra qaydaları haqqında məlumat vermək. Dərsdə istifadə edəcəyim hərəkətlərin, oyunların və qaliblərin müəyyənləşdirilməsi qaydalarını izah edilməsi.
4s. – düzəlməklə bir ayaq üstündə geriyə dönmək – nəfəs almaq və s.
Metodik göstəriş: Əyilmələr zamanı ayaqları bükməmək.
Əllər beldə, dizləri qaldırmaqla və bükülən ayaq tərəfə əyilməklə yeriş. Hər addımı iki sayda icra etmək.
1s. – sağ ayağı bükmək və sağa əyilmək;
2s. – sağla addım, düzəlmək;
3-4s. – eyni hərəkət sol ayaqla sola əyilməklə.
Metodiki göstəriş: Dizi hündür qaldırmaq, pəncəni dartmaq. Müntəzəm nəfəs almaq.
5. Ç.v. – əllər çiyinlərdə, barmaqları yığmaq yumruqda. Barmaqları yığmaq və geniş açmaqla, qolları bükərək və ciddi açmaqla yeriş. Qolları ardıcılıqla açmaq: irəli, yuxarı, yanlara və aşağı.
Metodik göstəriş: Addımları «vurmaqla» hərəkətləri dəqiq icra etmək. Müntəzəm nəfəs almaq.
6. Ç.v. – dayaqlı oturuş. Ayaqlardan əllərə qısa tullanmalarla irəliləmək.
Metodik göstəriş: Hərəkətləri uçuş fazası ilə icra etmək. Fəsiləsiz sərbəst tənəffüs.
7. Qolları açmaqla, gövdənin kiçik dönməsilə yeriş.
Metodik göstəriş: Qolları maksimum zəiflətmək. Yerişin tempi ağır-ağır. Müntəzəm nəfəs almaq.
8. Qaçış, növbələyərək yerində qaçış və 360° dönməklə. Addımların əlaqəsi müxtəlif ola bilər, məsələn, 1-4s. – irəli qaçış, 5-8s. – dönərək, yerində qaçış.
Metodiki göstəriş: Müntəzəm nəfəs almaq. Qaçışdan sonra yerişə keçmək.
Ç.V. – Ə.D.
1s. Qollar yanlara.
2s. Qollar yuxarı, pəncə üzərinə qalxmaq və dartınmaq – nəfəs almaq.
3s. Pəncə-daban üzərinə enmək, qollar irəli.
4s, Ç.V. – nəfəsi vermək.
Ç.V. – Ə.D. Əllər beldə.
1s. Sağ ayaq yana pəncə üzərində, sol əl baş arxasına aparmaqla sağa əyilmək. 2s. Ç.V.
3-4s. Hərəkəti əks tərəfə təkrar etmək.
.
Ç.V. – Ayaqlar geniş aralı duruş, qollar yanlara.
1s. Gövdəni sağa döndərməklə irəli əyilərək sağ əli sol ayağın pəncəsinə çatdırmaq, sol qol yana-arxada – nəfəsi vermək.
2s. Ç.V.
3-4s. Hərəkəti əks tərəfə təkrar etmək.
Ç.V. – Dayaqlı oturuş.
1s. Sağ ayaq yana pəncə üzərində.
2s. Ç.V.
3-4s. Hərəkəti əks tərəfə təkrar etmək.
Dizləri yuxarıya qaldırmaqla qaçış.
Dabanları sağrı əzələsinə çatdırmaqla qaçış.
Bitişdirici addımlarla qaçış.
Əlləri yanlardan topuqlara vurmaqla qaçış
Tək ayaqla(sağ və sol) təkan verməklə hoppanaraq qaçış
Əsas hissə: 20-25 dəq.
Tamamlayıcı hissə: 3-5 dəq.
Sakit yeriş, tənəffüz hərəkətləri, qolların və ayaqların boşaldılması. Fərqlənən komandaları və şagirdləri qiymətləndirmək. Bir daha dözümlülük qabiliyyətinin insan həyatında hansı rola malik olması barədə şagidlərlə dialoq aparmaq.